Gürcüstan hökuməti Qardabanidə epidemioloji vəziyyətə nəzarəti gücləndirdi

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, son günlər Gürcüstanda koronavirusa yoluxma hallarının kəskin artımı müşahidə olunur: “Yayılma əsasən Qardabani bələdyyəsinin bir neçə kəndində qeydə alınıb. Həmin kəndlərin əksər sakinləri Tbilisidəki bazar və yarmarkalarda işləyirlər. Buna görə də bu obyektlərdə nəzarətin gücləndirilməsi barədə qərar qəbul olunub”.
Baş nazir qeyd edib ki, Qardabaninin kəndlərində sakinlərin hərarəti ölçüləcək: “Vəziyyətin pisləşməməsi üçün konkret məkanlarda karantin qaydaları sərtləşdiriləcək”.
Qeyd edək ki, Qardabanidə koronavirusa yoluxanların sayı 36-ya çatıb. Rayonun Qaracalar, Qaratəhlə və Ağtəhlə kəndlərinə giriş-çıxışa nəzarət həyata keçirilir, insanların hərarəti ölçülür. (Report)
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO












