Gürcüstan nömrəli maşın sürənlər bunu MÜTLƏQ BİLMƏLİDİR

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib.
Qərarı şərh edən hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki,
Nazirlər kabinetinin 305 saylı qərarı xarici ölkələrdə fiziki şəxslər tərəfindən müxtəlif əmtəələrin, o cümlədən nəqliyyat vasitələrinin Azərbaycana sadələşdirilmiş qaydada gətirilməsi prosedurlarını tənzimləyir. "Qeyd etdiyimiz qərarda nəqliyyat vasitələrin Azərbaycana şəxsi istifadə üçün həm müvəqqəti gətirmə, həm daimi gətirməsini öz əksini tapıb.
Qaydanın əvvəlki redaksiyasında Azərbaycan vətəndaşı olmayan şəxs xaricdən avtomobil gətirdikdə ilk üç ay müddətində heç bir gömrük ödənişləri lazım deyildi. Həmçinin bu müddəti hər dəfə üç ay olmaqla bir ilə qədər uzada bilərdi. Yəni, şəxs nəqliyyat vasitəsini üç ay müddətində ölkəyə gətirə və üç aydan sonra xarici ölkədə bir gün, hətta bir neçə saat qalıb geriyə qayıdırdısa müddət sıfırdan başlamış sayılırdı. Belə halda da gömrük ödənişlərinin təminatı da lazım deyildi."
Hüquqşünas qeyd edib ki, yeni qüvvəyə minən qərar bu məsələyə aydınlıq gətirir. "1 il ərzində cəmi 90 gün gömrük ödənişləri təminatı olmadan Azərbaycana xarici dövlət qeydiyyat nömrəli avtomobil gətirə bilər. Bu müddəti keçdikdə isə əlavə gömrük təminatı olmalıdır. Hazırda Gömrük orqanlarında təminat olaraq əsasən depozitə pul qoyulmasından istifadə olunur."
Orxan
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











