Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyuldu

Gürcüstan və Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək: "Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub. Hazırda sərhəddə hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün müvəqqəti dəhliz yaradılıb". N.Allahyarova yük daşımaları haqqında da məlumat verib. O vurğulayıb ki, yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.
Xatırladaq ki, Azərbaycandan Gürcüstana ictimai nəqliyyat Tbilisi, Marneuli və Laqadexi istiqamətində hərəkət edirdi.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











