Gürcüstanda avtomobil yanacağı ucuzlaşıb

Aprel ayından etibarən Gürcüstanda benzin və dizel yanacağının qiyməti orta hesabla 0,75-0,80 lari (0,45 manat) ucuzlaşıb. Bu barədə Gürcüstan Biznes Assosiasiyasının açıqlamasında deyilir.
Bildirilir ki, son günlərdə Gürcüstanın milli valyutası olan larinin dollar qarşısında möhkəmlənməsi də yanacağın qiymətinin enməsinə təsir göstərən amillər sırasındadır. Qeyd olunur ki, son iki həftə ərzində beynəlxalq bazarlarda yanacağın qiyməti qalxsa da, larinin möhkəmlənməsi fonunda Gürcüstanda qiymətlər hazırkı səviyyədə qalacaq. Assosiasiya yanacaq qiymətlərindəki azalmanın müxtəlif sənaye növlərinin inkişafı baxımından müsbət təsiri olduğunu qeyd edir.
Qeyd edək ki, hazırda Gürcüstandakı yanacaqdoldurma məntəqələrində "Super" markalı benzinin qiyməti 2,10-2,20 lari (1,2 manat), "Premium" markalı benzinin qiyməti 1,90-1,95 lari (1,11 manat), "Regular" tipli benzinin qiyməti isə 1,79-1,90 lari (1,08 manat) təşkil edir. Qonşu ölkədə dizel yanacağının qiyməti isə 1,80-1,95 lari civarındadır. (APA)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












