Gürcüstanda avtomobillərin hərəkəti tam qadağan olundu

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün ölkə ərazisində taksi də daxil olmaqla minik avtomobilləri ilə hərəkət tam qadağan olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, saat 12:00-da tətbiqinə başlanılan qadağa aprelin 21-dək (daxil olmaqla) qüvvədə qalacaq. Qadağa yük daşımaları və ticarət obyektlərini məhsullarla təmin edən nəqliyyat vasitələrinə aid edilmir. Motosiklet, moped və velosipedlə hərəkətə də icazə verilir. Bu gündən digər tələb və məhdudiyyətlərin də tətbiqinə başlanılıb. Gürcüstanda ictimai qapalı yerlərdə tibbi maskadan istifadə artıq məcburi olub. Qaydanın yerinə yetirilməsinə görə məsuliyyəti hüquqi şəxslər daşıyır. Əks halda şirkətlərə 15 min lari (4 770 ABŞ dolları) məbləğində cərimə tətbiq olunacaq. Digər qərar ilə bu gündən Tbilisi də daxil olmaqla bütün iri şəhərlərdə qəbirstanlıqlar ziyarət üçün 10 gün müddətinə bağlanılıb.
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











