Gürcüstanda azərbaycanlılar yolu bağladı

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçirirlər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sakinlər kəndin içməli su ilə təmin olunması tələbi ilə avtomobil yolunu bağlayıblar. Etirazçıların sözlərinə görə, kənddə illərdir içməli suyun olmaması onlar üçün ciddi narahatlıq yaradır. Avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün keçilməz olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Onlar yolu etirazçılardan təmizləməyə çalışırlar. Etirazçılar bildiriblər ki, kəndin təbii qazla da bağlı problemi var. Onlar qeyd ediblər ki, Marneuli rayon rəhbərliyi kəndin problemlərini həll edəcəyinə söz versə də, vədlər yerinə yetirilməmiş qalır. Aksiya səbəbindən Azərbaycanla sərhədə aparan yolda avtomobillərin hərəkətində çətinlik yaranıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











