Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə kütləvi dava olub

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində kütləvi dava olub. Bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.
İyulun 4-də gecə saatlarında baş verən qarşıdurmada Nəzərli və Vaxtanqisi kəndlərindən olan onlarla gənc iştirak edib. İnsidentə səbəb iyulun 1-də kafedə ziyafət zamanı baş verən mübahisə olub. Fiziki qarşıdurmaya çevrilən hadisədə Vaxtanqisidən olan bir neçə gənc xəsarət alıb.
Sonuncu dava qisas məqsədilə baş verib. Hadisə zamanı bir avtomobil aşırılıb. Nəzərli kəndindəki kafenin sahibinin baş nahiyəsinə armaturla xəsarət yetirilib. Həmin şəxs hazırda xəstəxanada koma vəziyyətindədir. Davada iştirak edən bir neçə gəncin də müxtəlif bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı qrup halında törədilən xuliqanlıq maddəsi üzrə istintaq aparılır. Hadisə ilə bağlı hələ saxlanılan yoxdur. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












