Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətinin uzadılacağı gözlənilir.
Bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsi hazırlanıb.
Sənədlə bu müddətin 2021-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan parlamentinin mayın 22-də təsdiq etdiyi “İctimai sağlamlıq” haqqında qanuna əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək hüququ verilib.
Qüvvədə olan qanuna görə, hökumət həmin tarixədək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri fövqəladə vəziyyət elan etmədən həyata keçirə bilər. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












