Gürcüstanda qətl törədən azərbaycanlı qadın həbs olundu

Gürcüstanın Kutaisi şəhərində 30 yaşlı Eliso Çeçelaşvilinin qətli ilə bağlı saxlanılan 45 yaşlı Bikə Qasımova iki ay müddətinə həbs olunub. Bu barədə məhkəmə qərar verib.
B.Qasımova məhkəmədə danışmaqdan imtina edib. Vəkil müdafiə etdiyi şəxsin psixatrik ekspertizadan keçirilməsini tələb etməyə hazırlaşır.
Qeyd edək ki, E.Çeçelaşvilinin meyiti iyulun 18-də yaşadığı mənzildə aşkar olunub. İstintaqla müəyyən olunub ku, həmin gün B.Qasımova E.Çeçelaşvilinin evində qonaq olub.
O, mübahisə zamanı ev sahibinə soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. E.Çeçelaşvili aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Masajçı olan B.Qasımova və həyat yoldaşının qətlə yetirilən şəxsin qonşusu olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə istintaq aparılır. (“Report”)
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF











