Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - FOTO - VİDEO

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə növbəti tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinə şəhər ərazisində xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıb. Mərasim dayandırılıb və oradakı 11 nəfər polis şöbəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub, saxlanılanların bəzilərinə isə xəbərdarlıq edilib.
Saxlanılan şəxslərlə profilaktiki söhbətlər aparılaraq onlara karantin rejiminin qaydaları bir daha izah olunub. Mərasimdə iştirak edən qadınlara yığıncaq yerində şifahi xəbərdarlıq edilib.
Mərasimin səbəbkarı olan bəy barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) protokol yazılaraq, material məhkəməyə göndərilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












