Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib

Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən stasionar DYP postunda polis serjantı Abduyev Məcid Nizami oğlu ön qeydiyyat nişanı olmayan “SHACMAN” markalı 13 BX 051 dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb. Polis inspektoru avtomobili idarə edən İmişli şəhər sakini, 1996-cı il təvəllüdlü Şahpələngov Vilayət Sahib oğlundan avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini tələb edib. Sonucu isə polis inspektorunun qanuni tələbinə məhəl qoymayaraq sənəd təqdim etməkdən imtina edib və avtomobili hərəkətə gətirib. Avtomobilin hərəkətinə mane olmaq istəyən polis inspektoru avtomobilin qapısının tutacağından asılı vəziyyətdə qalıb və buna baxmayaraq sürücü avtomobilin hərəkətini davam etdirməklə müqavimət göstərib. Nəticədə polis əməkdaşı sağ ayağına xəsarət dəyib.
Yük maşınının sürücüsü V.Şahpələngov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qarşısına çıxarılan sürücü barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












