Hacıqabulda “Yura” ləqəbli narkotacir saxlanılıb

Hacıqabulda “Yura” ləqəbli narkotacir və digər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni verdiyi pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə məhkum olunan, kriminal aləmdə “Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Y.Əkbərov saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Namiq Musayev
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












