Hamıya "evdə qal" dedi, özü iki maşını əzdi - FOTO - VİDEO

İngiltərənin "Aston Villa" klubunun futbolçusu Cek Qriliş karantin qaydalarını pozub. "Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, kapitan gecəni tanışının yanında keçirib.
Daha sonra 25 yaşlı yarımmüdafiəçi 89 000 avro dəyərindəki "Range Rover"ini parklanmış vəziyyətdə olan iki "Mercedes"İi əzib. O, xəsarət yetirdiyi avtomobillərin sahiblərinə dəyən zərəri ödəyəcəyini söyləyib.

Karantin qaydalarını pozmamışdan bir neçə saat əvvəl Qriliş pandemiya koronavirusu ilə əlaqədar hamını evdə qalmağa və digər insanlarla iki metr ara məsafəsi saxlamağa səsləyən video paylaşıb.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında qeyri-müəyyən müddətədək fasilə yaranıb. Bu mövsüm Cek Qriliş 26 oyuna 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












