Hava limanında 3 tibb məntəqəsi yaradılıb

“Bugünədək biz sərhədlərimizi keçərək karantinə alınmış şəxslər arasında 25 nəfərdə pozitiv nəticə aşkar etdik. 7 nəfər tam sağalıb. 1 nəfər isə vəfat edib. Həmin şəxsdə digər xəstəliklər də mövcud idi”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, artıq ölkəyə Avropadan gələnlər var: “Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir. Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa karantinə göndərilir. Simptomları yoxdursa onlara bukletlər təqdim olunur və evə göndərilirlər”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












