Hava şəraiti dəyişəcək, temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Departamentdən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək.
Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.
Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











