Hava və dəniz limanlarında COVID-19 üzrə test müayinə mərkəzi açılıb

Koronavirusa yoluxma riski yüksək olan ölkələrdən Estoniyaya səfər edən hər kəs məcburi özünütəcrid rejimində qalma müddətini azaltmaq və ən qısa müddətdə işə qayıtmaq məqsədilə Tallin hava limanında və ya dəniz limanında COVID-19-a test müayinə mərkəzi açılıb.
Test müayinəsi Estoniya sakinlərinə pulsuz başa gələcək. Lakin əcnəbi vətəndaşlar müayinə ilə bağlı ödənişlərini bank kartları vasitəsilə yerindəcə edə biləcəklər.
Bildirilib ki, COVID-19 üzrə test müayinəsi Tallin Hava Limanının A və D terminallarının gəlmə zonalarında paytaxtın Confido klinikasının həkimləri tərəfindən həyata keçiriləcək. Müayinə Tallin hava limanında “Qvalitas” klinikasının müvəqqəti məntəqəsində aparılacaq. Analizlərin götürülməsi və lazımi sənədlərin hazırlanması proseduru təxminən 5 dəqiqə çəkəcək. Həm dəniz limanında, həm də hava limanında təşkil olunacaq test müayinəsi növbəli şəkildə həyata keçiriləcək. Müayinə məntəqələri son sərnişin gələnədək açıq olacaq. (AZƏRTAC)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












