Havanın temperaturu 38 dərəcəyə yüksələcək

Həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cənub küləyi 8-13 m/s-dək güclənəcək. Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.
Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi 8-13 m/s, 16-17-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, həftənin ikinci yarısında arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, həftənin birinci yarısında bəzi yerlərdə 38 dərəcə isti, dağlarda gecə 15-18, gündüz 18-23, həftənin birinci yarısında bəzi yerlərdə 25 dərəcə isti olacaq.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












