Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir

Təsadüfi seçilmiş əhali qrupu arasında koronavirusla bağlı seroloji testlərin keçirilməsi layihəsi davam edir. Bunu TƏBİB-in mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.
Q.Ələkbərova bildirib ki, hələ ki, seroloji testlərin götürülməsinə başlanılmayıb. O qeyd edib ki, hazırda təsadüfi seçilmiş vətəndaşlara zənglər edilir: "Vətəndaşlarımıza TƏBİB-in çağrı mərkəzindən zənglər edilir və vətəndaşlar razılıq verdikləri halda tibbi heyət onların ünvanına gedərək analizlər götürüləcək. Ümumilikdə 1500 nəfər vətəndaşdan analiz götürülməsi nəzərdə tutulur. Layihənin sentyabrın əvvəlində başa çatması planlaşdırılır".
Q.Ələkbərova vurğulayıb ki, bu testlər vətəndaşlar üçün də faydalıdır, çünki onlar bu virusu keçirib-keçirmədiklərini biləcəklər.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












