Hazırlanan koronavirusa qarşı peyvənd immunitet sisteminə müsbət təsir edir

Oksford Universiteti tərəfindən hazırlanan koronavirusa qarşı peyvənd təhlükəsizdir və immunitet sisteminə müsbət təsir edir. 1077 nəfərin iştirak etdiyi sınaqda hazırlanan peyvəndin koronavirusla mübarizə edə biləcək antikorlar və T hüceyrələri yaratmasına səbəb olduğu müəyyən edilib. Oksford tədqiqat qrupundan professor Endryu Pollard, həm zərərsizləşdirən antikorları, həm də T-hüceyrələri gördüyümüz üçün əldə olunan nəticələrdən çox məmnun olduqlarını bildirib. Lakin virusdan qorunmaq üçün daha böyük sınaqların davam etdiyi açıqlanıb.
Hökumət “AstraZeneca” şirkəti ilə Oksford Universiteti tərəfindən hazırlanan peyvənd üçün 100 milyon dozalıq saziş imzalayıb.
İngiltərə hökuməti indiyə qədər müsbət nəticələr verən və ya vəd edən şirkətlərlə 90 milyon dozalıq peyvənd müqaviləsi imzalayıb.
Bu peyvəndlərin nəticələri hələ ki, məlum deyil. (Azərtac)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












