Həbib Həsənov: "Əsasən sanitariya və gigiyena qaydalarına riayət edənlərə icazə veriləcək"

"Məlum olduğu kimi, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) qarşısında duran əsas vəzifələrdən biri də əhalinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri ilə təmin edilməsidir".
Avtosfer.az xəbər verir ki, bunu ”Report”a DANX-nin rəisi Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, xüsusi karantin rejimində əhalinin taksi xidmətləri ilə təmin edilməsi məqsədilə martda fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmiş daşıyıcılar barədə müvafiq məlumatları rəhbərlik etdiyi qurum “icaze.e-gov.az” portalında yerləşdirib və həmin daşıyıcılar aprel ayı ərzində taksi xidməti göstərə bilərlər: “Eyni zamanda taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətinin müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə daşıyıcılar şəhərlərdə (rayonlarda) yerləşən “Azərpoçt” MMC-nin mərkəzi poçt filiallarında (şöbələrində) DANX-nin əməkdaşlarına yaxınlaşaraq “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinin tənzimlənməsi digər aidiyyətt qurumlar tərəfindən təmin edilir.
Əlavə olaraq bildirmək istərdim ki, xüsusi karantin rejimində sui-istifadə hallarına yol verilməməsi məqsədilə son 6 ay ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazə almış, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti qüvvədə olan təhlükəsizlik və istismar tələblərinə uyğun olan, zəruri sanitariya və gigiyena qaydalarına riayət edən daşıyıcıların fəaliyyətinə icazə verilməsinə üstünlük veriləcək.
Bir daha DANX olaraq əhalini koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ciddi zərurət olmadıqda, səfər etməməyə çağırırıq”, - o qeyd edib.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












