Banner

Həbs olunan "maska" tacirlərinin biri bu vəzifəlinin həyat yoldaşıdır - "Avromed"dən açıqlama - FOTO

Gündəm 11 Mart 2020 23:30 Oxunub 2430
Həbs olunan "maska" tacirlərinin biri bu vəzifəlinin həyat yoldaşıdır - "Avromed"dən açıqlama - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Riad Məmmədov "Avromed” şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) xüsusi əməliyyatı nəticəsində saxlanılan tibbi maskaları real dəyərindən dəfələrlı baha qiymətə satışını həyat keçirməyə cəhd edən dəstə ilə bağlı yeni məlumat yayılıb. Avtosfer.az sfera.az-a istinadən xəbər verir ki, bu həbs həyata keçirilən zaman yayılan rəsmi informasiyada maska "tacir”lərinin 1 milyon maskanı hansı şirkətdən əldə etməsi haqda heç bir məlumat yox idi. Bu da ictimaiyyətdə xeyli suallara səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, saxlanılanlardan biri olan Riad Məmmədov "Avromed” şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır. Həmçinin bildiirilir ki, Riad Məmmədov da bu sahəyə yad adam deyil. O, həmçinin aptek müdiridir. 

"Avromed”ə gəlincə, bu şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. O, parlamentin oliqarx deputatlar kateqoriyasına aid edilir.

Daha bir məlumata görə isə saxlanılanların içərisində daha iki məşhur dərman idxalı şirkətinin əməkdaşı var. 

***

“Avromed Company” QSC--dən bildirilib ki,“Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməyib: "Şirkətimiz bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır. Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil. Sonda isə qeyd etmək istərdik ki, hazırda sürətlə yayılan COVID-19 uşaqlara, hamilə qadınlara təsiri tam öyrənilməmiş yeni bir virusdur. Amma indiyə qədər müxtəlif yaş kateqoriyasına aid insanların yoluxduğu bu xəstəliyə uşaqlar arasında yoluxma halları nisbətən az olduğu faktdır.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təkcə xəstələrin maskadan istifadə etməsi kifayət deyil, həmçinin əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq, mütləq şəkildə tibbi müəssiələrə müraciət etmək lazımdır".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh