Həbsxanadan qaçmağa cəhd: 23 ölü, 83 yaralı - FOTO

Kolumbiyada həbsxanada dustaqlar sanitariya şəraitinin pis olması və koronavirus pandemiyasına görə qiyam qaldırıblar. Avtosfer.az xəbər verir ki, hadisə Boqota şəhəri ərazisində yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb. Bu barədə martın 22-də “El Tiempo” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ötən gün axşam saatlarında “Modelo” həbsxanasında dustaqlar kütləvi qaçışa cəhd ediblər. Nəticədə müəssisənin təhlükəsizlik xidməti ilə məhbuslar arasında baş verən qarşıdurmada 23 dustaq ölüb, daha 83-ü isə xəsarət alıb.
Bildirilir ki, iğtişaşlara səbəb cəzaçəkmə müəssisəsində sanitariya şəraitinin pis olması və məhbusların koronavirus pandemiyasından qorunması üçün tədbirlərin görülməsi tələbləri olub.
Ədliyyə naziri Marqarita Cabello isə bildirib ki, hələ bu günə qədər məhbuslar və müəssisə işçiləri arasında pandemiyaya tutulan olmayıb.
Nazirin sözlərinə görə, iğtişaşlar ölkənin bir neçə həbsxanasında da qeydə alınıb. Ancaq heç bir məhbus qaçmağa nail ola bilməyib.
Namiq Musayev















"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











