Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun bərpası Səudiyyə Ərəbistanının qərarından asılıdır. Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, əks halda qəbul dayandırılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib. Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Koronavirus pandemiyasına görə, Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.
Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.
Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Builki qiymət artımı otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında hər ötən gün koronavirusa yoluxmalar artır. Bu günədək ölkədə 74 795 nəfərdə COVID-19 aşkarlanıb, 399 nəfər pandemiyadan ölüb. (Modern.az)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












