Banner

Həftəsonu sərt karantin tətbiq olunacaq rayonlarda son vəziyyət - VİDEO

Gündəm 12 İyun 2020 09:42 Oxunub 990
Həftəsonu sərt karantin tətbiq olunacaq rayonlarda son vəziyyət  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu sərt karantin rejiminin tətbiq olunacağı rayonların sayı artırılıb. Bu dəfə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu ilə yanaşı, Kürdəmir, İsmayıllı, Yevlax, Salyan rayonlarında da sərt karantin rejimi tətbiq olunacaq. Buna səbəb isə həmin rayonlarda koronavirus infeksiyasına yoluxmanın artmasıdır.

Avtosfer.az xəbər verir ki Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları həmin rayonlarda olub və bu qərarın verilməsi səbəbini araşdırıblar.

Yoluxma faktlarının çoxluğu ilə seçilən Yevlax rayonunun Xaldan qəsəbəsindəki məhəllələrin birində yaşayan, qaraçı millətindən olanlar məhəllədən çıxıb hər gün təxminən 20 kilometr məsafəni qət edirlər, həm özləri, həm də ətrafdakılar üçün böyük təhlükə yaradırlar. Rayon mərkəzində də vəziyyət ürəkaçan deyil.

Vəziyyətin ciddiliyini nəzərə almayan, ara məsafəsi saxlamayan və tibbi maskadan istifadə etməyənlər çoxdur. Bunun səbəbini soruşanda isə müxtəlif bəhanələr gətirirlər. Bəziləri isə daha asan variantdan istifadə edir, “apteklərdə maska yoxdur” deməklə özlərinə bəraət qazandırırlar. Əslində isə apteklərdə tibbi maska var, sadəcə ərincəklikdən və məsuliyyətsizlikdən həm özləri, həm də ətrafdakılar üçün təhlükə yaradırlar.

Rayonda karantin rejiminin tələblərini pozduğu üçün 516 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunub. Bununla yanaşı, koronavirusun yayılma riskini azaltmaq üçün mobil qruplar maarifləndirmə tədbirlərini davam etdirilər. Eləcə də küçə və məhəllələr vaxtaşırı dezinfeksiya olunur.

Kürdəmirdə də eyni hal yaşanır. Sakinlər sağlamlıqlarına biganə yanaşır, maskadan az halda istifadə edir və əksər hallarda sosial məsafə saxlamırlar.

“Maska Vallah kaşelokumdadı. Bilirəm başa düşürəm, özüm sizdən çox narahatam, uşaqlı evdəyəm. Bir səhvdi, elədik. Üzürlü hesab edin, bir də olmaz belə şeylər”, - deyə sakinlərdən biri bildirir. Sakinlər arasında məsələnin ciddiliyini dərk edənlər də var:

“Virus çıxan gündən hər gün maska taxıram. İstəmirəm virus evdəkilərə də yoluxsun, mənə də yoluxsun. Hamıya da məsləhət bilirəm ki, istifadə etsinlər”, başqa bir vətəndaş bildirir.

İsmayıllı da durum əvvəlki rayonlardakı kimidir. Tibbi maskadan istifadə edənlər azdır, sosial məsafə də gözlənilmir. Rayon Polis Şöbəsinin əməkdaşları poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edirlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində, Abşeron, Kürdəmir, İsmayıllı, Yevlax, Salyan rayonlarında iyunun 14-də saat 00:00-dan iyunun 16-da saat 06:00-ə qədər sərt karantin rejimi tətbiq olunacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh