Həkim: “Avtobusların dezinfeksiya edilməsi çox müsbət addımdır”

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizdə bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri həyata keçirilir.
Həkim-terapevt Afət Zeynalova Avtosfer.az-a verdiyi açıqlamada bu kimi qabaqlayıcı tədbirlərin lazımlı olduğunu qeyd edib: “Bu virus təmasla keçir. Həm havadan damcı yolu ilə, həm də müxtəlif əşyaların üzərində olan tüpürcək vasitəsilə insanlar bu virusa yoluxa bilər. İctimai nəqliyyatda əl tutacaqları və digər hissələr dezinfeksiya edilir ki, virusun keçiricilik faizi azaldılsın. Bu məqsədlə müxtəlif qurumlar dövlət tərəfindən lazımı dezinfeksiya edici maddələrlə təchiz olunub və onlara müəyyən tapşırıqlar verilib. Eyni zamanda avtobuslarda da dezinfeksiya işləri aparılır. Bu, çox müsbət addımdır və belə də olmalıdır. Bakıda hələ ki, karantin olmadığına görə, genişmiqyaslı işlər aparılmır. Sadəcə qabaqlayıcı tədbir kimi bu dezinfeksiya işləri həyata keçirilir. Əgər karantin olsa işlər daha genişmiqyasda aparılar”.
Nəqliyyat üzrə ekspert Rəşad Quliyev qeyd edib ki, bu kimi dezinfeksiya işləri hər gün aparılmalıdır: “Corona virus adı ilə tanınan COVİD-19a qarşı bütün dünyada mübarizə aparıldığı kimi Azərbaycanda onlardan geri qalmır. Əhalinin sıx olan yerlərində qoruyucu maskalardan istifadə və ictimai nəqliyyatda aparılan dezinfiksiya işləri əlbəttə ki, təqdirəlayiqdir. Hazırda bu virus Avropa ölkələrində də yayılıb. Məsələn, Almaniyada 16 böyük vilayətdən artıq 10-da, bu virusa yoluxmuş insanlarda adı çəkilən xəstəlik müəyyən edilib. Lakin Almaniyada ajotaj və panika Azərbaycandakı qədər yüksək deyil. İctimai nəqliyyatda dezinfeksiya işləri ölkədə hər hansı xəstəlik olmasa da belə aparılır. Çünki adından göründüyü kimi ictimai nəqliyyat məhz ictimaiyyətin istifadəsi üçün olduğundan hər gün işə başlamamışdan öncə parkdan çıxan avtobus, tramvay və ya qatarlarda bakteriyalara qarşı profilaktik tədbirlər görülərək dezinfiksiya işləri aparılır”.
Qeyd edək ki, Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb. Eyni zamanda, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.
Elmin
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ











