Həkimdən xəbardarlıq: “Hazırkı durum üçüncü dalğanın pik həddidir” - VİDEO

“May ayında ictimai nəqliyyatın fəaliyyətinə qoyulacaq qadağa koronavirusa yoluxma sayına öz təsirini göstərəcək. Bu qadağa effektini tətbiq olunduqdan 15-20 gün sonra göstərəcək”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim İmran Mirizadə deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2000-3000 civarında olmasını müsbət dinamika kimi dəyərləndirmək olar:
“Hazırkı durumu üçüncü dalğanın pik həddi adlandırmaq olar. Ümid edirəm ki, bundan sonrakı rəqəmlər azalmağa doğru gedəcək. Bu dalğada rəqəmlərin belə stabil qalması tətbiq olunan qadağaların nəticəsidir”.
Peyvəndlənmə prosesi barədə də danışan həkim qeyd edib ki, bəzi insanlar peyvənd olunmaqdan hansısa səbəblərə görə yayınırlar:
“Bəzi vətəndaşların peyvəndə qarşı hələ də fobiyası var. Mən özüm reanimasiyada yatan xəstələrin müalicəsi ilə məşğul oluram. Onlardan ilk soruşduğum məsələ peyvənd olunub-olunmamasıdır. Əksəriyyəti 60 yaşdan yuxarı insanlar olmasına baxmayaraq, onlar peyvəndlərlə bağlı şayiələrə inanaraq vaksinasiya olunmaqdan imtina ediblər”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











