Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – WUF-13 çərçivəsində Azərbaycanın beynəlxalq nüfuzunun, turizm potensialının və təşkilatçılıq imkanlarının geniş şəkildə nümayiş olunduğu bildirilir.

Avtosfer.az-a açıqlamasında “Bakı vaxt.az” saytının baş redaktoru Qalib İbrahimoğlu forumun əhəmiyyətindən danışarkən qeyd edib ki, belə mötəbər tədbirin
Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinə xidmət edir.
Onun sözlərinə görə, Azərbaycanın uzun illərdir beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, bu sahədə böyük təcrübə qazanması və etibarlı tərəfdaş kimi tanınması WUF13 kimi nüfuzlu forumun Bakıda təşkil olunmasını şərtləndirən əsas amillərdəndir.
Qalib İbrahimoğlu bildirib ki, forumun Azərbaycanda keçirilməsi təkcə ölkənin beynəlxalq imicinin möhkəmlənməsi baxımından deyil, həm də tərəfdaş ölkələrlə əlaqələrin inkişafı nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Bakı artıq qlobal müzakirələrin aparıldığı əsas platformalardan birinə çevrilməkdədir.
Baş redaktor forum çərçivəsində media nümayəndələri üçün yaradılan şəraitə də diqqət çəkib. O qeyd edib ki, həm yerli, həm də xarici jurnalistlərin rahat fəaliyyəti üçün bütün zəruri imkanlar yaradılıb. Kompüter təminatı, sürətli internet və digər texniki imkanların yüksək səviyyədə təşkil olunduğu bildirilib.
Qalib İbrahimoğlu xarici media nümayəndələri ilə apardıqları söhbətlər zamanı onların da yaradılan şəraitdən razılıq etdiklərini bildirib. Onun fikrincə, bu cür tədbirlər Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkar imkanlarını bir daha nümayiş etdirir.
Baş redaktor əlavə edib ki, WUF-13 Azərbaycanın turizm sektorunun inkişafı baxımından da mühüm rol oynaya bilər. Onun sözlərinə görə, ölkəyə gələn minlərlə xarici qonaq, investor və sahibkar Azərbaycanın turizm, nəqliyyat və xidmət sahələrindəki inkişafını yaxından görmək imkanı əldə edir.
Qalib İbrahimoğlu forumun işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin beynəlxalq ictimaiyyətə təqdim olunmasına da böyük töhfə verdiyini qeyd edib. O bildirib ki, bu layihələr Azərbaycanın müasir inkişaf konsepsiyasının əsas nümunələrindən biridir.
Sonda baş redaktor WUF-13-ün Azərbaycana siyasi, iqtisadi və sosial baxımdan mühüm dividendlər qazandıracağına inandığını vurğulayıb.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












