Həmvətənlərimizin Qazaxıstandan Azərbaycana yola salınması davam etdirilir

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə yola salınması istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 33 vətəndaş Azərbaycana yola salınıb.
Azərbaycanın Aktaudakı Baş Konsuluğundan a bildiriblər ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bərdə” (5 nəfər) və “Merkuri” (28 nəfər) bərə-gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər.
Qeyd edək ki, cari il iyulun 23-dən etibarən Baş Konsulluğun “qaynar xətt”i vasitəsilə qeydiyyatdan keçən vətəndaşlar Aktau limanından Vətənə yola salınır. Bu günədək Aktaudan gəmi ilə ümumilikdə 213, Almatıdan “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi çarter reysi ilə 117 Azərbaycan vətəndaşı ölkəmizə təxliyə edilib.
Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana gedəcəyini gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












