Hər gün magistral yolda hərəkət dayanır - Səbəb budur - VİDEO

Bakı-dairəvi yolunda hər gün yaşanan sıxlıq sürücülərin narazılığına səbəb olur. Avtosfer.az xəbər verir ki, Yeni Yasamal istiqamətinə gedən sürücülər ikinci, üçüncü və hətta dördüncü zolağı zəbt edərək sağ hərəkət hissəsinə keçməyə çalışırlar. Nəticədə avtovağzal istiqamətinə gedən sürücülərin yolunu kəsərək onların ləngiməsinə səbəb olurlar.
Yeni Yasamalda sosial binalar tikilib istifadəyə veriləndən sonra vəziyyət daha da ağırlaşıb. 100 km/saat sürət təşkil edilmiş yolda heç 10 km sürətlə hərəkət etmək olmur. Çox təəssüf ki, aidiyyəti qurumlar həmin yolda yaranan sıxlığın aradan qaldırılması istiqamətində heç bir addım atmır. Ümumiyyətlə binalar tikilməmişdən öncə bu problemlər nəzərə alınmalı idi. Yeni Yasamal istiqamətinə gedən sürücülərin rahat hərəkəti üçün yolun genişləndirilməsi vacib hesab olunur. Hal-hazırda buna şərait də var. Yolun genişləndirilməsi indi baş tutmasa, yeni tikilən binalar istifadəyə verildikdən sonra həmin yolda hərəkət etmək sual altında qalacaq.
Fərid
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












