“Hərbçilərimiz hər an istənilən təxribatın qarşısını almağa hazırdır” - VİDEO

Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.
Müdafiə Nazirliyindən (MN) Avtosfer.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.
Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.
Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.
Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












