Həsən Ruhani: "Tankerlərin saxlanılması yalandır"

İran Prezidenti Həsən Ruhani BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasını “Vaşinqtonun rüsvayçı məğlubiyyəti” olaraq dəyərləndirib.
Milli Koronavirusla Mübarizə və Qabaqlaması Qərargahlarının sessiyasında nitq söyləyən dövlət başçısı bunu ABŞ-ın beynəlxalq təcridə məruz qalacağının əlaməti olaraq qiymətləndirib.
Bununla yanaşı, dörd tankerlərinin ABŞ tərəfindən ələ keçirilməsinə dair xəbərlərinin yalan olduğunu dilə gətirən İran prezidenti bunun da həmin “rüsvayçı məğlubiyyəti ört-basdır etmək məqsədi ilə” uydurulduğunu, əslində həmin gəmilərin İrana aidiyyatlı olmadığını söyləyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsinə 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə verilməklə qəbul olunmayıb.
Ötən gün ABŞ hökuməti Venesuelaya yanacaq daşıyan dörd İran tankerini saxlayaraq yüklərini müsadirə etdiklərini açıqlamışdı. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












