Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO

Heydər Əliyev prospektində, xüsusilə Koroğlu qovşağından şəhər istiqamətində yerləşən iri biznes və inzibati mərkəzlərin sayının artması ərazidə nəqliyyatın təşkili ilə bağlı yeni yanaşmaların tətbiqini zəruri edir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, son illərdə prospekt boyunca iri şirkətlərin, dövlət qurumlarının və biznes mərkəzlərinin cəmləşməsi nəticəsində ərazi paytaxtın əsas işgüzar zonalarından birinə çevrilib. Bu isə hər gün minlərlə insanın həmin istiqamətdə hərəkət etməsinə səbəb olur.
Ərazidə yerləşən əsas iş mərkəzlərində çalışanların sayı kifayət qədər çoxdur. Belə ki, “SOCAR Tower”də təxminən 2 min, “Çinar Plaza”da 1 800, Mərkəzi Bankda 1 300, Azersun-da 1 000, Yeni Klinikada 851, İqtisadiyyat Nazirliyində isə 772 nəfər çalışır.
Rauf Ağamirzəyev hesab edir ki, bu qədər iş yerinin cəmləşdiyi ərazidə insanların prospektin bir tərəfindən digər tərəfinə rahat və təhlükəsiz keçid imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Piyada keçidlərinin əlçatanlığının artırılması, ictimai nəqliyyat dayanacaqlarına çıxışın yaxşılaşdırılması və piyada infrastrukturunun gücləndirilməsi vacib məsələlərdəndir.

Ərazinin yalnız avtomobillərin hərəkəti baxımından deyil, piyadaların ehtiyacları nəzərə alınmaqla planlaşdırılması daha effektiv nəticələr verə bilər. Bu məqsədlə trafikin sakitləşdirilməsi elementlərinin tətbiqi, prospekt boyu səkilərin yenilənməsi və piyada mühitinin yaxşılaşdırılması həm hərəkət təhlükəsizliyinə, həm də ümumi nəqliyyat axınının səmərəliliyinə müsbət təsir göstərə bilər.
Müasir şəhərsalma təcrübəsi göstərir ki, iş mərkəzlərinin sıx yerləşdiyi ərazilərdə balanslaşdırılmış piyada və ictimai nəqliyyat infrastrukturu yol şəbəkəsinin daha səmərəli işləməsinə, avtomobildən asılılığın azalmasına və şəhər mühitinin daha rahat olmasına xidmət edir.
Ekspert əlavə edib ki, gələcəkdə bu istiqamətdə aparılacaq planlaşdırma işləri zamanı piyadaların, ictimai nəqliyyat istifadəçilərinin və avtomobil sürücülərinin maraqları kompleks şəkildə nəzərə alınmalıdır. Bu yanaşma həm nəqliyyat yükünün azaldılmasına, həm də şəhər sakinlərinin gündəlik hərəkət imkanlarının yaxşılaşdırılmasına şərait yarada bilər.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












