Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi zamanı zəruri qaydaları açıqlayıb.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, heyvan baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır.
Kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməlidir. Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalıdır. Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməlidir.
Bununla yanaşı, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır.
Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.
Namiq Musayev
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











