Hikmət Hacıyev: Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər

Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.
Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının (FCNM) üzvüdür:
“Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.
O həmçinin İrəvana və Fransa kimi onu dəstəkləyənlərə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazinin “boz sahə”yə çevrilməsinə imkan verməyəcək.
“Əsl həll yolu yerdədir. Azərbaycan irəli getmək, reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipini rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə etmək və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib”, - Hikmət Hacıyev vurğulayıb. (report)
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT











