Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur

Hindistan hökuməti koronavirusun yeni “Omikron” növünə görə dekabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edir.
“Report” “Times of İndia”ya istinadən xəbər verir ki, risk qrupuna aid ölkələrdən gələn bütün şəxslər, habelə həmin qrupa aid olmayan ölkələrdən gələn “təsadüfi” turistlər hava limanında test verəcək və nəticələr gələnədək oranı tərk etməyəcəklər. Testin cavabı müsbət çıxarsa, həmin şəxs təcili surətdə təcrid olunacaq, test isə daha ətraflı tədqiqat üçün laboratoriyaya göndəriləcək. Testi mənfi çıxan şəxslər isə 7 gün ərzində təcrid olunacaq, 8-ci gün isə təkrar testdən keçəcəklər.
Həmçinin gələn əcnəbilərin hamısı son iki həftə ərzindəki bütün səfərlərinə dair məlumat təqdim edəcəklər.
Koronavirusun yayılmasına görə, ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyonadək insan yoluxub və bunların 468,7 mini dünyasını dəyişib.
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?











