Hindistanda bir gündə 2 mindən çox insan koronavirusdan ölüb

Hindistanda son sutka ərzində 2 003 nəfər koronavirus infeksiyasının qurbanı olub. Bu, pandemiya dövründə ən böyük sutkalıq göstəricidir. Bu barədə Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla ölkədə virusdan ölənlərin ümumi sayı 11 903 nəfərə çatıb. Eyni zamanda son gündə virusa yoluxanların sayı 10 974 nəfər artaraq ümumilikdə 354 065 nəfərə çatıb.
Hindistanda koronavirusdan ölənlərin sayının orta gündəlik artım göstəricisi 24 saat ərzində beş dəfədən çox artıb: əvvəlki beş gündə bu göstərici orta hesabla 362 nəfər təşkil etmişdi.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda xəstəxanalarda 155 227 xəstə var, 186 935 nəfər isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Hindistan hökuməti bu həftə ciddi təcrid rejimindən çıxmağın ilk mərhələsinə başlayıb. Əksər ştatlarda ticarət mərkəzləri, dini ziyarətgah yerləri, habelə restoran və hotellərin iki aydan çox davam edən fasilədən sonra bəzi məhdudiyyətlərlə açılmasına icazə verilib. Tibb işçiləri ölkədə yoluxma və ölüm səviyyəsinin artmasını məhz bu təcrid tədbirlərinin yumşaldılması ilə əlaqələndirir. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












