Hindistanın Çinə qarşı hərbi hazırlıq görüntüləri yayıldı - VİDEO

Hindistan Çinlə arasındakı sərhədə hərbi maşınlar yerləşdirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Son Çin xəbərdarlığı” “Telegram” kanalında video yerləşdirilib.
İlkin ehtimala görə, kadrlar Yeni Dehlinin Pekinlə hərbi qarşıdurması ilə əlaqədardır.
İndi dünyanın ən çox əhalisi olan iki ölkə - Hindistan və Çin şərti bir xəttlə bölünür - “MacMagon Line” (1914-cü ildə bu sərhədi təklif edən Britaniya Hindistanı Xarici İşlər Katibinin adını daşıyır). Hindistan və Dalay Lama hökuməti (Tibet dövlətinin həqiqi lideri) mövcud sərhədi tanıyıb, Çin isə 1959-cu ildə rəsmi diplomatik notada bildirildiyi kimi tanımayıb.
Bundan sonra problemi həll etmək üçün dəfələrlə cəhdlər edilib: 1993 və 1996-cı illər arasında iki Çin-Hindistan müqaviləsi uğursuz olub. Sərhəd bölgəsinin iki hissəsi mübahisəli olaraq qalır. Biri Kəşmirin şimal-şərq hissəsində, ikincisi Arunaçal Pradeşin şimalında.
Cənubi Çin dənizindəki adalar Çin, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam arasında mübahisəli ərazilərdir. Ən gərgin vəziyyət Skarboro Rifi ətrafı, həmçinin neft və qazla zəngin olduğu güman edilən cənubi Spratli arxipelaqıdır. Dünya ticarət trafikinin 40 faizi Cənubi Çin dənizindən keçir və Çin neft-qaz idxalının 80 faizi buradan daşınır.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












