“Hökumət qəsdən karantin rejimi tətbiq edib, ziyanı gözə almaz” - İqtisadçı

Ölkədə koronavirusun yayıldığı vaxtdan etibarən bu xəstəliyə inanmayan bir toplum var. Hətta yoluxma sayı pik vəziyyətdə olsa belə, virusun bütün dünyada birbaşa dövlət tərəfindən şişirdildiyi və karantin rejiminin də məqsədli şəkildə tətbiq edildiyini deyənlər az deyil.
Lakin ortada bir gerçəklik var ki, karantin tətbiq ediləndə müəssisələrin əksəriyyəti işləmir, iqtisadiyyat zəifləyir. Ümumdünya ölkələrinin iqtisadiyyatında faiz göstəricilərinə baxsaq geriləmənin şahidi olarıq.
Uzunmüddətli karantin rejiminin fəsadları və əslində bu rejimin dövlətə müsbət deyil, mənfi təsirləri barədə iqtisadçı-ekspert Natiq Cəfərli: “Karantinin elan olunması dövlət büdcəsinə böyük ziyan vurur. Dövlətin iqtisadi çarxları dönmür, ümumdaxili məhsul azalır. Bundan əlavə işsizlik artır ki, bununla da Sosial Müdafiə Fonduna ödənişlər azalır. Heç bir dövlət bu ziyanı səbəb olmadan qəbul etməz. Bundan başqa işsizlərə yardım ayrılması da əlavə büdcə yükü tələb edir və dövlət büdcəsinə vergilər şəklində daxilolmalar kifayət qədər azalır. İstənilən hökumət qəsdən bu rejimi tətbiq edib, ziyanı gözə almaz. Demək ki, karantinin elan olunmasına ciddi tələbat var. Karantin virusa qalib gəlmək üçün vasitə deyil, bu sadəcə virudun yayılmasının qarşısını almaq üçün olan üsuldur. Dövlət də zaman kəsimindən istifadə edib səhiyyə sistemində olan bəzi nöqsanları düzəltməli və səhiyyəni daha işlək vəziyyətə gətirməlidir. Vətəndaşlardan isə əslində çox az şey tələb olunur. Əgər hazırkı qaydalara əməl etsələr həm onlar, həm dövlət mövcud vəziyyətdən daha az itki ilə çıxa bilər”. (Modern.az)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










