Hoteldə jurnalistləri təhqir edən şəxs həbs edildi - 20 gün

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.
Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA














