İcra başçısının köməkçisinin pikapına bombalı və silahlı hücum: 10 nəfər xəsarət alıb

Tailandda icra başçısının köməkçisinə qarşı sui-qəsd cəhdi olub. Avtosfer.az xəbər verir ki, insident ölkənin Sonqhla əyalətində qeydə alınıb. Məlumatı bu gün “Bangkok Post” qəzeti yayıb.
Nəşrin bildirdiyinə görə, naməlum şəxslər əldə düzəlmə bombanı yol kənarına park etdikləri motosikletə quraşdırıblar və əyalətin icra başçısının köməkçisi Saba Yoyun olduğu pikap oradan keçdiyi zaman işə salıblar.
Partlayış nəticəsində avtomobildə olan 4 nəfər, həmçinin 3 tələbə və 3 yerli sakin xəsarət alıb. Partlayışdan sonra sayları müəyyən olunmayan cinayətkarlar pusqudan çıxaraq pikapdakı insanlara atəş açıblar. Təhlükəsizlik qüvvələrinin könüllüləri də buna eynilə cavab veriblər. Sonra isə hücum edənlər hadisə yerində qaçaraq gizləniblər.
Hüquq-mühafizə orqanları, insidentin qisas ola biləcəyini ehtimal edirlər. Buna səbəb isə, fevralın 23-də Narathivat əyalətində təhlükəsizlik xidmətinin əməkdaşları ilə bir qrup silahlılar arasında baş verən atışmada, 5 silahlının öldürülməsidir.
O da ehtimal olunur ki, şübhəlilər, 2004-cü ildə 4-cü təlim batalyonundan silah oğurlayan qruplaşmanın üzvləridir. Çünki, atışma zamanı hadisə yerindən 16 il əvvəl oğurlanmış M16 tüfəngləri aşkarlanıb.
Silahlı formalaşma 2004-cü ildən Tailandın cənubunda fəaliyyət göstərir. Cənubdakı müsəlmanlar bölgənin ayrılmasını Pattani, Yala və Narathivat əyalətlərində sultanlığın yaradılmasını istəyirlər. Bölgədəki münaqişələr zamanı 20,5 min hadisə baş verib və bu insidentlərdə 7 mində çox insan ölüb, daha 13,2 mini isə yaralanıb.
Namiq Musayev
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR










