İcra hakimiyyətinə məxsus yük avtomobili ilə qəza törədən sürücünün məhkəməsi başlayır

Binəqədi rayon İcra Hakimiyyətə məxsus yük avtomobili ilə piyadanı vuraraq öldürən Bəhram Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 21-də paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.
Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAZ" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












