İcra nümayəndəsi: “12 yaşlı uşağın meyitinin parçalanması məlumatı yalandır”

Oğuz rayonunun Xaçmaz kəndində meyiti tapılan 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi xəbəri yanlışdır.
Bu barədə Oğuz rayon İcra Hakimiyyətinin Xaçmaz kənd icra nümayəndəsi Teymur Atakişiyev deyib.
İcra nümayəndəsi bildirib ki, uşağın meyitində parçalanma yoxdur: "Uşaq dünən su açmaq adı ilə arxa gedib. Arx kəndin kənarındakı meşənin içərisindədir. Arxın yanında velosipedi qalıb, özü isə yoxa çıxıb. Dünən gecə səhərə qədər rayon polis şöbəsinin, İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və 700 nəfərə yaxın kənd sakini ilə birlikdə meşədə axtarış aparmışıq. Mayın 22-də səhər saat 10 radələrində uşağın meyiti velosipedi saxladığı yerdən təxminən 1 kilometr aralı, meşənin içərisindəki çayın kənarında aşkarlanıb.
Uşağın meyitinin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər tam yalandır. Onun baş-beyin nayihəsində xəsarət var. Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Uşağın paltarları da əynindədir, corabları da, ayaqqabısının biri yoxdur. Həmçinin üz-gözündə, bədənində, sıyrılma və cırılma, paltarlarında parçalanma izi yoxdur. Uşağın başındakı çapıq vurmaqla yıxılma, daşa dəymə xəsarətlərinə də oxşayır. Amma, meyitin vəhşi heyvan tərəfindən parçalanması iddiası yalandır".
T.Atakişiyev deyib ki, hazırda meyit ekspertizaya göndərilib və hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirilir: "Hələlik hadisə ilə bağlı kiminsə təqsirləndirilməsi, saxlanılması barədə məndə məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır".
Xatırladaq ki, mayın 21-də oğuz rayonunun Xaçmaz kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











