İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA

İctimai nəqliyyatda sərnişinlərin davranışı son günlər müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə bəzi sərnişinlərin digər şəxslər üçün narahatlıq yaradan formada əyləşməsi ictimai nəqliyyatda davranış qaydalarının nə dərəcədə yetərli olduğu sualını gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, belə hallarda sərnişinlərin davranışına nəzarətin necə həyata keçirildiyi və qeyri-etik oturuşlarla bağlı ayrıca qaydaların tətbiqinin mümkün olub-olmadığı maraq doğurur.
Bəs avtobus və metroda sərnişinlərin davranışına nəzarət necə həyata keçirilir və qeyri-etik oturuşlarla bağlı ayrıca qaydaların tətbiqi mümkün hesab olunurmu?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda sərnişinin qeyri-etik formada əyləşməsi və özünü davranış qaydalarından kənar aparması da qanunvericiliklə tənzimlənir və belə hallarda tənbeh tətbiq oluna bilər:

“Çünki ictimai nəqliyyat da ictimai yer hesab olunur və ictimai yerlərdə davranış qaydalarının pozulması ilə bağlı məsuliyyət ictimai nəqliyyatda da tətbiq edilə bilər. Azərbaycanda sərnişinlərin davranış qaydaları “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydaları” ilə müəyyən edilir. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsində də ictimai qaydanın pozulması ilə bağlı müxtəlif tənbeh və cərimələr nəzərdə tutulub. İctimai nəqliyyatda sərnişinin qeyri-etik davranışı ilə bağlı digər sərnişinlər ictimai qınaq yolu ilə ona irad bildirə və öz fikirlərini ifadə edə bilərlər. Sürücü də belə hallarda sərnişinə irad tuta və ondan davranışını qaydalara uyğunlaşdırmasını, zərurət yarandıqda isə nəqliyyat vasitəsini tərk etməsini xahiş edə bilər.
Sərnişin sürücünün tələbinə əməl etmədikdə və ya davranışı ictimai asayişi pozacaq səviyyəyə çatdıqda, sürücü və ya digər sərnişinlər Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edə bilərlər".
Fatimə
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












