İki evdən 55 min manat dəyərində məişət əşyaları oğurlanıb - Abşeronda

Abşeron və Masallı rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 21-dən mayın 21-dək olan müddətdə Abşeron rayonu ərazisindəki 2 evdən 1000 manat dəyərində inşaat materialları və 55.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Mayın 21-də isə Masallı rayon ərazisindəki çayxanaların birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əzizov Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəyaxalanıb.
Ətrafında aparılmış tədbirlərlə onun Telekommunikasiya Qovşağına məxsus 6 ədəd kanalizasiya quyularının qapağını və həyətlərin birindən su nasosu və 2 ədəd samovar oğurlaması da müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












