İlk Avropa Oyunları ilə bağlı minik avtomobilləri harda dayanacaq?

İlk Avropa Oyunlarını izləməyə gələn tamaşaçıların öz minik avtomobillərini saxlaması üçün Bakıda rəsmi olaraq iki duracaq müəyyən edilib. Avtosfer.az xəbər verir ki bu barədə trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.
N.Həsənovun sözlərinə görə, həmin duracaqların yanında “ekspess” avtobuslar dayanacaq və Avropa Oyunlarının yarışlarına biletli olan şəxslər idman arenalarına pulsuz daşınacaq: “Parkinq üçün nəzərdə tutulan yerlərdən biri Füzuli meydanının yaxınlığında, bəzilərinin “Qış parkı” adlandırdığı Mərkəzi Parkın altındakı duracaqdır. Həmin duracaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür. Digəri isə Fətəli Xan Xoyski küçəsindəki Gənclik Parkında yerləşən duracaq müəyyən edilib. Orada eyni anda 650 avtomobil saxlamaq mümkündür. Həmin duracaqlarda Avropa Oyunlarını izləmək üçün biletləri olan avtomobil sahiblərinə güzəştli tarif tətbiq olunacaq və avtomobilin duracaqda saxlanmasına görə müddətindən asılı olamayaraq onlardan cəmi 1 manat ödəniş alınacaq”.
N.Həsənov əlavə edib ki, digər şəxslər də avtomobillərini həmin duracaqlarda saxlaya bilərlər, amma adi qaydada.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












