İmişlidə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib. Hakim Qurban Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında İmişli şəhərində baş verib. Əliqulular kənd sakini Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi "VAZ 2115" markalı avtomobil İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub. Piyada aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasında dünyasını dəyişib. V.Cəfərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












