İranda koronavirusdan ölənlərin sayı 7 300 nəfərə çatdı

İranda koronavirusa yoluxanların sayı artıb. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 311 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 131 652-yə çatdığını açıqlayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 51 nəfər artaraq 7 300 nəfərə yüksəlib.
O həmçinin 2 659 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 102 276 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,2 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 335 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










