İranda son sutkada 59 nəfər koronavirusdan ölüb

İranda koronavirusa yoluxanların sayı artıb. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 1 869 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 133 521-ə çatdığını açıqlayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 59 nəfər artaraq 7 359 nəfərə yüksəlib.
O həmçinin 2 633 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 104 072 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












