İranın raket gəmisi “Konarak” raketlə vuruldu: 19 ölü, 15 yaralı - FOTO + VİDEO (YENİLƏNİB)

Mayın 10-da İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində keçirdiyi təlim zamanı baş verən hadisənin görüntüləri yayımlanıb. Avtosfer.az "IRIB" teleşirkətinə istinadən həmin kadrları təqdim edir.
<><><><>11:27<><><><>
Mayın 10-da İran Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində keçirdiyi təlim zamanı, raket gəmilərindən biri “Konarak”a atılan raket nəticəsində ölən və xəsarət alanların sayı məlum olub. Avtosfer.az xəbər verir ki, hadisə zamanı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
<><><><>09:00<><><><>
İranın iri raket gəmilərindən biri “Konarak”a atılan raket nəticəsində 1 nəfər ölüb, 1 neçə nəfər isə xəsarət alıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident mayın 10-da Oman körfəzində qeydə alınıb. Bu barədə bir gün sonra “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin ölkənin cənubunda yerləşən liman şəhəri Jaskda təlim keçirmiş. Hazırda mütəxəssislər hadisənin baş vermə səbəblərini araşdırır.
Agentlik, sözügedən faktın məhz təlim zamanı baş verib - vermədiyi barədə isə heç bir məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl “Al Arabiya” telekanalı bildirmişdi ki, keçirilən təlim zamanı “Konarak” gəmisi İranın digər “Jamaran” freqatından səhvən atılan raketlə vurulub.
Namiq Musayev


"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












