İşlədiyi mağazadan 15 min manat mənimsəyən işçi saxlanılıb - FOTO

Bakının Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 000 manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyekdən oğurluq etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Ç.Rəhimov barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











